"Tofiq Mirzəyevin ölüm xəbəri dəqiqdir. Bugünlərdə rəhmətə gedib. Təxminən 4-5 gün olar. Mənim də məlumatım və xəbərim yox idi. Mənə də yarım saat əvvəl xəbər etdilər. Allah ona rəhmət etsin".


Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.






O daha sonra əlavə edib:


"Bilirsiniz ki, Tofiq Mirzəyevlə dost olmaqdan əlavə biz bacanaq olmuşuq. Onu Üzeyir Hacıbəyliyə həsr olunan "Uzun ömrün akkordları" filmində aparıcı roluna da çəkmişəm. Hər zaman əlaqələrimiz olub, sadəcə olaraq son vaxtlar o xəstəxanada idi deyə, danışa bilmirdik. 1 ay olar ki, xəstəxanada yatırdı. İsraildə yaşayırdı, təəssüflər olsun ki, dəfnə gedə bilməyəcəm" deyə o bildirib.