"Mançester Siti" klubu Fil Fodenlə yeni müqavilə bağlayıb.
Moderator.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisi rəsmi məlumat yayıb.
İstedadlı yarımmüdafiəçi ilə bağlanmış razılaşmanın müddəti 2030-cu ilin iyun ayının sonunadək qüvvədə olacaq.
Hazırda 26 yaşı olan Foden "Mançester Siti"nin öz akademiyasının yetirməsidir və 2017-ci ildən etibarən əsas heyətdə forma geyinir.