Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib.


Moderator.az-ın xəbərinə görə, yanğın hadisəsi rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.






Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.


Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.


Yanğının başvermə səbəbi araşdırılır.