ABŞ-nin Nyu-York şəhərində Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floreslə bağlı məhkəmə iclası keçirilib.


Moderator.az TASS-a istinadən xəbər verir ki, təxminən 20 dəqiqə davam edən iclasın əsas mövzusu məhkəmə prosesinin qrafikinin təsdiqlənməsi olub.






Məlumata görə, prokurorluq müdafiə tərəfinin razılığı ilə hakim Elvin Hellerstaynın adına vəsatət təqdim edərək işə mahiyyəti üzrə baxılmasının 2027-ci ilin iyununda başlanmasını təklif edib. Hakim isə dinləmələrin başlanma tarixini 1 iyun 2027-ci il olaraq müəyyənləşdirib.


Nikolas Maduro və həyat yoldaşı məhkəməyə həbsxana geyimində gətiriliblər və iclas zamanı heç bir açıqlama verməyiblər.


İclas başa çatdıqdan sonra onlar 2026-cı ilin yanvar ayından saxlanıldıqları Bruklin həbsxanasına geri qaytarılıblar.