Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verib.
 




Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
 
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.