“Zirə” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
 




Moderator.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olacaq.
 
Görüş saat 20:00-da başlayacaq.
 
Matçı Moldovadan olan baş hakim Roman Jitari idarə edəcək.
 
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Sumqayıtda keçiriləcək.