Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Tədbirin açılışında İranın Ermənistandakı səfiri Xəlil Şirqulami və Sünik əyalətinin rəhbəri Robert Qukasyan çıxış ediblər.
Onlar Cənubi Qafqazda baş verən geosiyasi proseslər fonunda İran və Ermənistan arasında strateji tərəfdaşlığın yeni şəraitə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Çıxışlarda Sünik vilayətinin hər iki ölkə üçün strateji əhəmiyyət daşıdığı qeyd olunub, bölgənin inkişafı və dayanıqlığının artırılması məqsədilə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.