Azərbaycanda Türkiyə ilə birgə iki yeni peşə təhsili müəssisəsi açılacaq
23 Jul 2026, 12:03 30 baxış 1 dəq oxuma
Azərbaycanda iki peşə təhsili müəssisəsi yaradılacaq.
Moderator.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, peşə təhsili müəssisələri Türkiyə ilə əməkdaşlıq çərçivəsində yaradılacaq:
"Bu təhsil müəssisələrinin Bakı və Qubada açılması planlaşdırılır. Burada təhsil alan tələbələr iki diplomla təmin olunacaqlar. Həm Azərbaycan, həm də Türkiyə peşə təhsil diplomları tələbələrə təqdim olunacaq.
Bu müəssisələrdə 5 ixtisas tədris olunacaq. Hazırda bu istiqamət üzrə hazırlıq işləri görülür".