"Şəfa" daha bir futbolçunu heyətinə qatıb.
 




Moderator.az klubun mıtbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə "1+1" illik müqavilə imzalanıb.
 
25 yaşlı oyunçu ölkəsində "Utrext" və "Almere", Kosovoda isə "Priştina" klublarının formasını geyinib.
 
O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə millilərində çıxış edib.