Bakıda faciəli hadisə baş verib.
 




Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Akkord” yaşayış kompleksində qeydə alınıb. 
 
Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Qəmbər Heydər oğlu İbrahimov 8-ci mərtəbədən yıxılaraq ölüb. 
 
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.