“Televiziyada 30 saniyəlik veriliş, 1 saatlıq mühazirədən çox cəmiyyətə təsir edir” - FOTO+ÖZƏL
23 Jul 2026, 15:35 34 baxış 2 dəq oxuma
“Dilimizlə bağlı problemlər mövcuddur. Biz bəlkə bunları indi hiss etmirik, amma bu problemləri bu gün həll etməsək, o qətrə-qətrə, damla-damla yığılacaq, gələcəkdə öz fəsadlarını göstərəcək. İndidən bunun qarşısını almaq lazımdır. Televiziya ictimai şüura çox güclü təsir edir. Televiziyada 30 saniyəlik veriliş, 1 saatlıq mühazirədən də çox cəmiyyətə təsir edir. Ona görə də insanları maarifləndirmək lazımdır. Bu baxımdan mən mən Azərbaycan Dövlət Televiziyasının fəaliyyətini alqışlayıram. Bir neçə ay bundan öncə şəxsən məni dəvət etmişdilər. Orada bir akademiya yaradılıb. Bu akademiyada Nərgiz Cəlilova, Rafiq Həşimov, mən də çıxış edərək, dillə bağlı xeyli müzakirələr etdik. Təsirsiz də ötüşmədi. Orada iştirak edən jurnalistlər bizə müraciət etdilər. Bir axın gəlib getdi. Şübhəsiz ki, bunun dilə böyük təsiri olacaq”.
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.
O daha sonra orfoqrafiya və orfoepiya lüğətinin aqibətindən danışıb: