Avrokuboklarda ölkəmizi təmsil edən "Sabah" və "Neftçi" klublarının gələn həftə keçirəcəyi oyunları yayımlayacaq telekanal müəyyənləşib.


Moderator.az xəbər verir ki, qarşılaşmalar İctimai TV-də canlı yayımlanacaq.






Bundan başqa, kanal Türkiyənin ən köklü klublarından "Fənərbağça"nın da növbəti turdakı oyununu tamaşaçılara təqdim edəcək.


28 iyul, saat 19:00


UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu


"KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan)


29 iyul, saat 22:00


UEFA Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunu


"Qurnik Zabje" (Polşa) - "Fənərbağça" (Türkiyə)


30 iyul, saat 21:00


UEFA Konfrans Liqası, II təsnifat mərhələsinin cavab oyunu


"Dinamo Minsk" (Belarus) - "Neftçi" (Azərbaycan)