Uraldakı (Rusiya) Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Krasnoyarsk diyarındakı cəzaçəkmə müəssisəsinə köçürülür. Onun oğlu Mütvəlı Şıxlinski isə Sverdlovsk vilayətinin Verxoturye şəhərində yerləşən 53 saylı islah koloniyasına göndərilib.


Moderator.az xəbər verir ki, bu barədə məlumatı E1.ru portalı yayıb.






Bildirilib ki, etap olunma ilə bağlı sənədlər iyulun 17-də imzalanıb. Şahin Şıxlinski ilə yanaşı, Səfərov qardaşları da Krasnoyarsk diyarında yerləşən koloniyaya köçürülüblər.