UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" (Estoniya) - "Zirə" oyunu başa çatıb.


Moderator.az-ın məlumatına görə, Pyarnu şəhərindəki "Rannastaadion"da keçirilən qarşılaşmada meydan sahibləri qələbə qazanıb - 1:0.






Moldovalı referi Roman Jitarinin idarə etdiyi matçda yeganə qolu 89-cu dəqiqədə Pa Abdu Çam Bakı klubunun qapısından keçirib.


Qeyd edək ki, cavab qarşılaşması iyulun 30-da baş tutacaq.