Türkiyədə İstanbul Prokurorluğunun musiqiçi Haluk Leventə məxsus "Ahbap" dərnəyinə qarşı apardığı istintaq çərçivəsində jurnalistlər Ece Üner və Fatih Portakal, vəkil Feyza Altun, müğənni Gökhan Özoğuz və aparıcı Öykü Serter ifadə verməyə çağırılıblar.
Moderator.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Ədliyyə binasına gedən məşhurların verdiyi ifadələr bəlli olub. Onlar ifadələrində "Ahbap" dərnəyi ilə hər hansı maliyyə və ya kommersiya əlaqələrinin olmadığını bildiriblər.
İstintaq çərçivəsində daha altı tanınmış şəxs - jurnalistlər Fatih Altaylı, Ruşen Çakır və Özlem Gürses, komediya ustası Şahan Gökbakar, aktrisa Hazal Kaya və yutuber Fatih Koparan da ifadə vermələri üçün çağırılıblar.