Yaxın Şərq getdikcə daha da gərginləşən münaqişəyə cəlb olunur və regiondakı vəziyyət nəzarətdən çıxır.


Moderator.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.






“Vəziyyət nəzarətdən çıxır, ağlasığmaz vəziyyətin astanasındayıq. Region genişlənən qarşıdurma həlqəsinə sürüklənir. Bir böhran digərini qidalandırır. Bir eskalasiya digərini təhrik edir", - deyə o bildirib.


BMT rəhbəri əlavə edib ki, geri addım atmağın vaxtıdır və qeyd edib ki, bu münaqişənin hərbi həlli yoxdur.