"Müəllif vurğulayıb ki, ölkə daxilindəki ağır sosial-iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla çıxış etmək xalqın problemlərinə biganəliyin göstəricisidir..."
 




"Bu cür çıxışların dövlət mediası və sosial şəbəkələrdə yayılması dünya ictimaiyyətində ölkə haqqında yanlış təsəvvür yaradır..."
 
İranın Qum şəhərində yerləşən Mofid Universitetinin müəllimi və Qum Ruhalilər Birliyinin üzvü Fazil Meybodi ölkədəki ağır iqtisadi vəziyyət haqda yazıb.
 
Moderator.az-ın yerli telegram-kanallara istinadla yaydığı xəbərdə deyilir ki, ziyalı rəsmilərin "Xalq işıqsızlığa və susuzluğa dözsə, dünyanı Amerika və İsrailin əlindən azad edəcəyik" sözlərini kəskin tənqid edib.
 
"İran xalqı yoxsulluq, inflyasiya, bahalıq, su və elektrik qıtlığı ilə mübarizə apardığı bir vaxtda bəzilərinin "dünyanı azad etmək" və idarə etmək iddiasında olması cəfəngiyyatdır. Bu cür çıxışların dövlət mediası və sosial şəbəkələrdə yayılması dünya ictimaiyyətində İslam və İran haqqında yanlış təsəvvür yaradır. Ölkədə sülh, dialoq və problemlərin həllindən danışan ziyalılar hücuma məruz qaldığı halda, cahil və xəyalpərəst yanaşmalar ön plana çıxarılır",- deyə Meybodi əlavə edib.

Müəllif vurğulayıb ki, ölkə daxilindəki ağır sosial-iqtisadi böhranı görməzdən gəlib qlobal iddialarla çıxış etmək xalqın problemlərinə biganəliyin göstəricisidir...


S.Laçın