"Bu ilin mart ayında İraqda böyük bir elektrik kəsintisi baş verib: bütün ölkə elektriksiz qalıb və hakimiyyət orqanları kütləvi elektrik kəsintisinə görə "İsrail kiber-hücumu"nu günahlandırıb..."- "Fokus"
 




Xəbər verildiyi kimi, iyulun 23-dən 24-nə keçən gecə Gürcüstanda, paytaxtda və digər şəhərlərdə böyük elektrik kəsintiləri baş verib. Ölkə daxilində elektrik enerjisi bir anda kəsilib.
 
Moderator.az hadisənin son təfərrüatlarını və səbəblərini araşdırmağa çalışıb.
 
Məlum olub ki, yerli vaxtla gecə saat 2-3 radələrində gec ölkə üzrə enerji təchizatı tam bərpa edilib. Bu barədə "Gürcüstan Dövlət Elektrik Sistemi" (GSE) məlumat yayıb
 
"Fokus" nəşri yazır ki, "Azad Avropa"/"Azadlıq" radiosunun Gürcüstan xidmətinin məlumatına görə, kütləvi elektrik kəsintiləri cümə axşamı gecəsi saat 00:10-da qeydə alınıb.
 
Jurnalistlər qeyd ediblər ki, istehlakın azalması dövlət elektrik şəbəkəsinin veb-saytında da əks olunub. Dövlət elektrik şəbəkəsinin veb-saytına görə, saat 00:18-də elektrik enerjisi istehlakı 1860 MVt-dan 564 MVt-a düşüb.

"Telasma" şirkəti paytaxt Tbilisidəki bəzi müştərilərə məktublar göndərərək elektrik verilisinin "elektrik kəsintisinə görə" dayandığını bildirib. Şirkət həmçinin qeyd edib ki, elektrik enerjisinin bərpa olunması üçün təxmini vaxt 02:25 olacaq.
 
Ölkənin əhəmiyyətli bir hissəsini elektrik enerjisi ilə təmin edən "İnguri" su elektrik stansiyasının direktorunun "TV Pirveli" jurnalistlərinin kəsintinin səbəbləri barədə sualına ilk cavabı "Mən bunu öyrənməyə çalışıram" idi.
 
İnternetdə həmçinin Rusiyanın faktiki işğalı altında olan qondarma "respublika", amma Gürcüstanın de-yure bir hissəsi olan Abxaziyanın əhəmiyyətli bir hissəsinin də elektrik enerjisi kəsildiyi bildirilib.
 
Elektrik kəsintiləri, xüsusən də Tbilisi və Batumi kimi böyük şəhərlərdə də baş verib.

Bəs hadisənin səbəbləri barədə son rəsmi və ya qeyri-rəsmi məlumatlar hansılardır?


İyulun 23-dən 24-nə keçən gecə baş vermiş genişmiqyaslı elektrik kəsilməsinin dəqiq səbəbi barədə rəsmi qurumlar hələ ki konkret bir texniki nasazlıq adı açıqlamayıb, lakin həm rəsmi bəyanatlarda, həm də yerli mediada hadisə ilə bağlı müəyyən istiqamətlər qeyd olunur: 

Gürcüstan Dövlət Elektrik Sistemi (“GSE”) yaydığı rəsmi bəyanatda hadisəni "ölkənin elektrik təchizatı sistemində baş vermiş qəza" kimi xarakterizə edib. “GSE” rəhbərliyi qəzanın dəqiq və detal şəbəkə səbəblərinin araşdırıldığını və araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib. Həmçinin qurum sosial şəbəkələrdə yayılan bəzi iddiaları "dezinformasiya" adlandıraraq medianı rəsmi açıqlamaları gözləməyə çağırıb... 


“Anadolu” agentliyinin yaydığı məlumata görə, ölkənin ən böyük elektrik tədarükçüsü olan “İnqur” SES-in direktoru Levan Meboniya gecə saatlarında mediaya verdiyi ilk açıqlamada stansiyanın fəaliyyətinin dayanıb-dayanmadığını dəqiqləşdirməyə çalışdıqlarını və hadisənin miqyasını anlamaq üçün araşdırma apardıqlarını qeyd edib...


 Yerli mediada və xarici mətbuatda (məsələn, Britaniyanın “The Mirror” və bəzi Gürcüstan xəbər resurslarında) yayılmış ən güclü qeyri-rəsmi iddiaya görə, qəzaya Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirən yüksəkgərginlikli elektrik ötürücü xəttinin qəfil açılması (sistemdən ayrılması) səbəb olub. Bu ayrılma zəncirvari reaksiya verərək daxili şəbəkədə kəskin yüklənmə yaradıb...


Zəncirvari "sistem çöküşü"- “Domino effekti” 


Enerji ekspertlərinin ilkin rəylərinə görə, magistral xətlərin birində baş verən qəza avtomatik olaraq daxili generasiya obyektlərinin (o cümlədən əsas su elektrik stansiyalarının) mühafizə rejiminə keçməsinə və ölkə üzrə sistemin tamamilə sönməsinə (blackout) və nəticədə ölkə miqyasında tam bir "domino effekti" ilə sistem çöküşü baş verib gətirib çıxarıb.


Hazırda daxili şəbəkədə hər hansı bir sabotaj və ya kənar müdaxilə barədə heç bir məlumat yoxdur və hadisə sırf texniki-sistem qəzası olaraq araşdırılır...


Hadisədə hər hansı bir təxribat, kiber-hücum və ya kənar müdaxilə barədə heç bir rəsmi iddia və ya əlamət yoxdur; hadisə sırf böyük texniki infrastruktur qəzası kimi qiymətləndirilir.



Gürcüstan mediası elektrik kəsintisinin yüksək gərginlikli elektrik xəttindəki nasazlıqla əlaqəli ola biləcəyini ehtimal edir. Oxşar nasazlıq əvvəllər 2025-ci ilin aprelində ölkədə demək olar ki, bütün ölkə üzrə elektrik kəsintisinə səbəb olmuşdu. Lakin bu kəsinti üçün rəsmi səbəblər hələ açıqlanmayıb.
 
"Fokus" xatırladır ki, bu günlərdə  Kubada da böyük bir elektrik kəsintisi baş vermişdi: ölkə adada yalnız 29 saatdan sonra elektrik enerjisini bərpa edə bilmişdi.
 
Bundan əlavə, bu ilin mart ayında İraqda böyük bir elektrik kəsintisi baş verib: bütün ölkə elektriksiz qalıb və hakimiyyət orqanları kütləvi elektrik kəsintisinə görə "İsrail kiber-hücumu"nu günahlandırıb.

S.Laçın