İran silahlı qüvvələri ABŞ-nin Küveytdəki hərbi obyektlərinə növbəti hücumlar edib.
Moderator.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
"İran ordusu "Araş" pilotsuz uçuş aparatları ilə Əl-Udeyri düşərgəsində ABŞ-nin hərbi texnika anbarlarına, Doha düşərgəsində hərbçilərinin yerləşdiyi obyektlərə, eləcə də "Arifcan" bazasındakı dislokasiya mövqelərinə zərbələr endirib", - deyə bəyanatda qeyd olunur.