Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ABŞ Serbiya mallarının idxal rüsumlarını müvəqqəti olaraq ləğv edib.


Moderator.az-ın məlumatına görə, bu barədə Serbiya lideri Serbiya Radio və Televiziyasının efirində bildirib.






"Bu axşamdan etibarən və hələ bir müddət onlar (rüsumlar - red.) sıfıra bərabər olacaq", - Vuçiç qeyd edib.


Onun sözlərinə görə, sıfır dərəcəsi məhdud müddət ərzində qüvvədə olacaq, bundan sonra Vaşinqton 10–12 % həcmində rüsumlar tətbiq edəcək.


Qeyd edək ki, ABŞ 1 avqust 2025-ci ildən etibarən Serbiyadan malların idxalına 35 faizlik gömrük rüsumları tətbiq edib.