Türkiyənin Kırıkkale vilayətində sərnişin avtobusu aşıb.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, hadisəyə yağışın sürüşkənləşdirdiyi yolda sürücünün idarəetməni itirməsi olub.
İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə avtobusda olan 42 nəfərdən 40-ı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar ətrafdakı xəstəxanaya çatıdırılıblar.
Hadisə yerinə vilayət rəhbərliyi və digər rəsmi şəxslər də gəliblər. Qəza ilə bağlı araşdırma başladılıb.