Xəbər verildiyi kimi, İran prezidenti Məsud Pezeşkian iddia edib ki, dövlət televiziyası onun ABŞ ilə gizli danışıqlar barədə açıqlamalarını senzura edib.
 




İran rəhbərliyi daxilində hökumət və dövlət televiziyası arasında ictimai mübahisə yaranıb. Prezident Məsud Pezeşkian dövlət televiziyasını müsahibəsini qəsdən senzura etməkdə günahlandırıb.
 
Kəsilən hissədə dövlət başçısı mərhum Ali Lider Əli Xameneinin özünün sərt ictimai açıqlamalarına baxmayaraq, yüksək vəzifəli şəxslərə ABŞ ilə "problemi həll etmək" üçün danışıqlara başlamağı şəxsən tapşırdığını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Maariv" nəşri məlumat yayıb.
 
Pezeşkianın sözlərinə görə, Qərblə əlaqələri bərpa etmək qərarı çətin şəraitdə verilib.
 
"12 günlük müharibə"dən sonra şəhid Ali Lider rəsmi olaraq ABŞ ilə danışıqlar aparmayacağımızı elan edib. Əlbəttə ki, dövlət televiziyası bu açıqlamaları yayımlayıb", - deyə prezident qeyd edib.
 
Lakin rəhbərlik daha sonra Xamenei ilə görüşərək onun "nə müharibə, nə sülh" durumunun davamlı olmadığı tezisini təkrarlayıb. "Biz soruşduq ki, "Nə etməliyik?" və o, bizə gedib danışıqlar aparmağı əmr etdi. O həmçinin "Gedin və problemi həll edin" mesajı göndərdi, çünki "nə müharibə, nə sülh" vəziyyətində mövcudluğu davam etdirmək mümkün deyildi, - deyə Pezeşkian etiraf etdi.
 
Prezident diplomatik addımların güzəşt olmadığını və liderin göstərişi ilə addım-addım həyata keçirildiyini vurğulayıb. Lakin o, Xameneinin ictimai ritorikası ilə gizli göstərişləri arasındakı dərin uyğunsuzluğu izah etməyib.
 
Prezident administrasiyası iddia edib ki, səs yazısı ənənəvi olaraq sərt mühafizəkar mövqe tutan və islahatçıların mövqeyini görməzdən gələn yayımçı tərəfindən ciddi şəkildə redaktə edilib.
 
Daxili ixtilaf fonunda Amerika kəşfiyyatı Tehranda kursun dəyişdiyini göstərir. Keçmiş liderin varisi və oğlu Müctəba Xamenei daha sərt mövqe tutur. ABŞ kəşfiyyatına görə, Müctəba nüvə silahlarının hazırlanmasına güclü maraq göstərir və atasından fərqli olaraq, kütləvi qırğın silahlarının yaradılması ilə bağlı daxili tərəddüdləri yoxdur...
 
S.Laçın