Goranboyun Qaramusalı kəndində şəhid anası vəfat edib.


Moderator.az xəbər verir ki, şəhid Rüstəmov Qurban Tofiq oğlunun anası Rüstəmova Qumru Oruc qızı dünyasını dəyişib.






Mərhum kənd qəbiristanlığında dəfn olunub.


​Məlumat üçün bildirək ki, Rüstəmov Qurban Tofiq oğlu Birinci Qarabağ müharibəsi şəhididir. O, Goranboy rayonunun Qaramusalı kəndində anadan olub və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.