Göygöl rayonunda keçirilən Yaylaq festivalı zamanı taxtadan hazırlanmış çardaq aşıb.
Festival ərazisində quraşdırılmış taxta kölgəlik aşaraq insanların üzərinə düşüb.
İlkin məlumata görə, bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Yaralıya ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
(teleqraf)