Çində “Honqsya” tayfunu Honq-Konq və Quanqdonq əyalətinin sahillərinə çatıb.


Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Meteorologiya Stansiyası məlumat yayıb. Hazırda küləyin sürətinin 45 metr/saniyə olduğu bildirilib.






Tayfunla bağlı xəbərdarlıqdan sonra ərazidən 340 mindən çox sakin təxliyə edilib.


Növbəti 24 saat ərzində Quanqdonq əyalətinin paytaxtı Quançjouda güclü yağış gözlənilir. Sinoptiklər 50-100 millimetr, bəzi ərazilərdə isə 250 millimetrə qədər yağıntı proqnozlaşdırırlar.


Qeyd edək ki, Çində yay ənənəvi olaraq güclü yağışlar, tayfunlar, daşqınlar və geoloji fəlakətlərlə xarakterizə olunur.