"Səhhətimdə heç bir problem yoxdur. Özümü yaxşı hiss edirəm. Amma Milli Konservatoriyadan çıxandan sonra mənə dərs demək üçün heç bir dəvət gəlmədi. 3 ali məktəb var ki, orada dərs deyə bilərdim, amma dəvət etmədilər. Nə etmək olar? Yəqin istirahət etməyim məsləhətdir"


Bunu Moderator.Az-a açıqlamasında Xalq artisti, professor Siyavuş Kərimi deyib.






Xalq artisti vəzifədən gedəndən sonra yayılan söz-söhbətlərdən də danışıb:


"Hər bir sahədə əməyi itirən insanlar var. Biz bunların hamısını görmüşük. Mən də bunu yaşadım. Vəfasızlar daha çox oldu. Vəzifədən çıxandan sonra arxaca danışmaq artıq adi hal alıb. O qədər danışdılar ki.. Danışırlar, danışırlar da.. Bu onların səviyyəsidir. Mən onların səviyyəsinə enə, düşə bilmərəm" deyə sənətkar bildirib.