"Əslində bütün xanəndələrin oxuduqları mahnıların əksəriyyəti aşıq mahnıları, xalq mahnılarıdır. Azərbaycanın folkloru aşıq mahnıları üzərində qurulub. Məsələn, Aşıq Ələsgərin sözlərinin çoxusuna görürsən ki, bütün xanəndələr müraciət edir və ona da mən çox yaxşı da baxıram. Ümumiyyətlə düzgün də deyil ki, hansısa xanəndəyə aşıq mahnısı oxumaq qadağası qoyulsun. Aşıq Əli düz fikirləşmir. Ümumiyyətlə yazılan sözə aşıq da oxuya bilər, xanəndə də. Aşıq deyə bilməz, qadağan edə bilməz ki, bunu mütləq aşıq oxumalıdır yaxud da xanəndə.. Doğru deyil. Aşıq Ələsgərin sözlərinə yazılan mahnıları xanəndələr çox gözəl ifa edirlər. Mən onları alqışlayıram"


Bunu Moderator.az-a açıqlamasında Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli deyib.






O daha sonra babasının xatirəsini əbədiləşdirmək üçün bir təklif irəli sürüb:


"Mənim arzularımdan biri də budur ki, Aşıq Ələsgər adına simfonik orkestr yaradılsın. Necə ki, Üzeyir Hacıbəyli adına var, Aşıq Ələsgər adına da olmalıdır. Aşıq Ələsgəri tək aşıq sənəti ilə, sazla təbliğ etməyimiz doğru deyil. Elə ölkələr var ki, ora orkestrla çıxmaq lazımdır. Saz da təbii ki, həmin orkestrin içində olmalıdır. Həm xalqımız, həm gələcək nəsillər, həm də dünyaya çıxış üçün mütləq bu orkestr yaranmalıdır. Mən müəyyən yoldaşlarla söhbət etmişəm, bununla bağlı təşəbbüs göstərən sənətçilər də var. Yəqin ki, gələcəkdə yaranacaq" deyə Xətai Ələsgərli bildirib.