Rusiya Hərbi Dəniz Donanmasının (HDD) tərkibində pilotsuz sistemlər alaylarının formalaşdırılması prosesi başa çatıb.


Moderator.az xəbər verir ki, bu barədə HDD-nin baş komandanı, donanma admiralı Aleksandr Moiseyev "Zvezda" telekanalının efirində bildirib.






Moiseyevin sözlərinə görə, pilotsuz sistemlər alayları iyulun 1-dən etibarən tam formalaşdırılıb. O qeyd edib ki, bu cür hərbi hissələrdən biri də Şimal Donanmasının tərkibində fəaliyyət göstərir.


Xatırladaq ki, pilotsuz sistemlər alaylarının yaradılması ilə bağlı qərar 2024-cü ilin sonunda qəbul olunmuşdu.