Bakının bir sıra yollarında tıxac yaranıb.
 




Moderator.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
 
Hal-hazırda tıxac olan yollar:
 
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 
3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.