Bu gün Bakıda 17 yaşadək yeniyetmələr arasında güləş üzrə dünya çempionatı start götürür.


Moderator.az xəbər verir ki, avqustun 2-dək davam edəcək mundialın ilk yarış günündə yunan-Roma güləşi üzrə təsnifat və 1/8 final görüşləri keçiriləcək.






Azərbaycan millisi ilk gündə 5 idmançı ilə mübarizəyə qoşulacaq.


Təsnifat mərhələsi


55 kq

Qurban Məcnunov – Alixan Minazarov (Qırğızıstan)


65 kq

Orxan Həbibli – Qaspar Sançez (Çexiya)


80 kq

İsfahan Həsənov – Toma Yelenç (Xorvatiya)


110 kq

Emin Baxşəliyev – Andrey Simiç (Serbiya)


1/8 final


48 kq

Ömər Salmanov – Avinaş Çetake (Hindistan)


Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək U-17 dünya çempionatı 60-dan çox ölkədən 700-ə yaxın güləşçini bir araya gətirəcək. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunacaq.