Bakını toz dumanı bürüyüb.
Moderator.az xəbər verir ki, hazırda Bakı və Abşeronda güclü külək əsir və bir çox yerlərdə tozlu hava müşahidə olunur.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyini proqnozlaşdırmışdı.