Dünəndən əsən güclü külək nəticəsində Bakı şəhərində 7 ağac aşıb, 22 budaq sınıb.
Bu barədə Moderator.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən məlumat verilib.
Bildirilib ki, birliyin briqadaları qədər operativ şəkildə sınan ağacların kəsilməsi, sınan budaqların budanmasını təmin ediblər.