Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə baş verən yanğın havanın küləkli olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.




 
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 

12:12
 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
 
Əlavə məlumat veriləcək.