“Qarabağ”ın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda ÇSKA ilə keçirdiyi ilk oyunda zədələnən Bruno Lanqanın durumuna aydınlıq gəlib.
 




Moderator.az xəbər verir ki, görüşün 55-ci dəqiqəsində ayağından zərbə aldığı üçün Elvin Cəfərquliyevlə əvəzlənən 28 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.
 
“Qarabağ”ın mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, mozambikli futbolçuda hər hansı problem aşkarlanmayıb və o, komanda ilə məşqlərini davam etdirir.
 
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüş qolsuz heç-heçə (0:0) ilə başa çatıb. Cavab oyunu iyulun 30-da Sofiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.