İyulun 27-si saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.
 




Moderator.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır.
 
Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir.