Berlinin mərkəzində yerləşən parkın yaxınlığında avtomobilin piyadaların arasına çırpılması nəticəsində həyatını itirən qadının 65 yaşlı Polşa vətəndaşı olduğu müəyyənləşib.
Moderator.az "Polsat"a istinadən xəbər verir ki, bu faktı Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Vevyur da təsdiqləyib.
Onun sözlərinə görə, hadisə zamanı mərhumun qızı da xəsarət alıb.