Moderator.az xəbər verir ki, Kuopio şəhərindəki “Savon Sanomat Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qarşılaşmanı İsraildən olan baş hakim Qal Leybovitz idarə edəcək.
Komandalar arasında Masazırda keçirilən ilk oyunda “Sabah” 1:0 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edir.
“Sabah” KuPS səddini keçəcəyi təqdirdə, III təsnifat mərhələsində Danimarkanın “Orhus” (AGF) – Polşanın “Lex” (Lech Poznań) cütünün qalibi ilə qarşılaşacaq. Məğlub olacağı halda isə mübarizəsini UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək. Bu halda rəqib “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) cütünün məğlubu olacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi,
cavab oyunu
28 iyul
19:00. KuPS (Finlandiya) – Sabah (Azərbaycan)
Baş hakim: Qal Leybovitz (İsrail).
“Savon Sanomat Arena”, Kuopio.