Türkiyə təbii sərvətlər qarşılığında İraqda nəqliyyat infrastrukturunun yeniləmələrində iştirak edəcək.


Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə anlaşma İraqın Baş naziri Əli əl-Zeydinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.






Bununla yanaşı, iki ölkə arasında təhsil, idman və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan daha dörd anlaşma imzalanıb.


İmzalanan sənədlərin detalları açıqlanmayıb.