Vüsal Nəsirli Prezidentin işdən çıxardığı sədr müavininə yeni vəzifə verdi
29 Jul 2026, 11:47 30 baxış 1 dəq oxuma
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyevə yeni vəzifə verilib.
Moderator.az Manset.az-a istinadən xəbər verir ki, AAYDA-nın sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə H.Quliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.
O, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Hüsnü Quliyev Prezident İlham Əliyevin imzaladığı sərəncamla ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilib.