Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
 




Moderator.az bildirir ki, lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə şəhər ərazisində qeydə alınıb.
 
Rayon sakini olan 8 nəfər Zaqatala şəhəri ərazisində müxtəlif iaşə müəssisələrində yedikləri dönərdən zəhərlənərək, xəstəxanaya müraciət ediblər.
 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.