Ukraynada döyüş tapşırığını yerinə yetirən "F-16" qırıcı təyyarəsi ilə əlaqə kəsilib.






Moderator.az bildirir ki, bu barədə "RBK-Ukrayna" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən xəbər verir.


"İlkin məlumatlara görə, təyyarənin göyərtəsində fövqəladə vəziyyət yaranıb, pilot katapult etməyə məcbur olub", - deyə Hərbi Hava Qüvvələrindən qeyd edilib.


Bildirilir ki, pilot təxliyə edilib və müayinə olunmaq üçün tibb müəssisəsinə çatdırılıb.


Təyyarənin düşdüyü yerdə mütəxəssislər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Mülki əhali arasında tələfat və dağıntı qeydə alınmayıb.


Hadisənin səbəbləri müəyyənləşdirilir.