"AFP" agentliyi xəbər verir ki, İran mediası regional hakimiyyət orqanlarına istinada bildirib ki, 30 iyul gecəsi ABŞ ordusu İranın Qeşm adası və Abadan şəhəri ətrafındakı ərazilərə zərbələr endirib.




 
Moderator.az bu barədə "Dawn" nəşrinə və "Anadolu" agentliyiniə istinadla məlumat yayıb.
 
İranın rəsmi xəbər agentliklərnin məlumatına görə , cənubi Hormozqan əyalətinin qubernator müavini Əhməd Nəfisi bildirib ki, "Saat 04:00-da (00:30 GMT) Qeşm yaxınlığındakı bir nöqtəyə Amerika düşmən ordusu hücum edib.
 
" Bir neçə dəqiqə əvvəl düşmən Amerikanın hücumu nəticəsində Qeşm şəhərinin Çah-Tanqo məhəlləsindəki yaşayış binası düşmən mərmilərinin hədəfinə çevrilib. İlkin məlumatlara görə, bu evin dağıntıları altında üç nəfər qalıb", - Ə.Nəfisi əlavə edib.
 
"Fars" xəbər agentliyi Xuzistan qubernatorunun müavininə istinadən bildirib ki, "Abadan şəhəri ətrafındakı nöqtələr  terrorçu Amerika düşmənimiz tərəfindən raket hücumlarına məruz qalıb".

 
"Anadolu" əlavə edir:


"Tasnim" xəbər agentliyi Xuzistan əyalətinin Əhvaz şəhərində güclü partlayışların baş verdiyini və hücumun şəhərin bəzi yerlərində elektrik kəsintilərinə səbəb olduğunu bildirib.


Həmçinin bildirilib ki, "ABŞ düşməni" Fars əyalətinin cənubundakı Kazerun şəhəri yaxınlığındakı bir əraziyə hücum edib.


İran dövlət televiziyası cənubdakı Buşehr şəhərində partlayış və cənub-qərbdəki Abadan şəhərində çoxsaylı partlayışlar barədə məlumat verib.


Bu hadisələr ABŞ Mərkəzi Komandanlığının ("CENTCOM") bir gün əvvəl İranın Yaxın Şərqdəki ABŞ qüvvələrinə hücum cəhdinə cavab olaraq Amerika qüvvələrinin İrana qarşı hücumlar başlatdığını bildirməsi ilə baş verib.


Çərşənbə günü İordaniya İranın 5 raketini ələ keçirdiyini, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK-SEPAH) isə krallıqdakı ABŞ hava bazasını hədəf aldığını bildirib.


 


S.Laçın