Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO
30 Jul 2026, 09:44 39 baxış 1 dəq oxuma
Dünən axşam saatlarında Qobu-Lökbatan yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar, "Ford"un sürücüsü isə xəsarətlər alıb.
Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar. (Oxu.az)