Yerli mənbələrin məlumatına görə, Əhvaz-Həmidiyyə magistral yolundakı hərbi obyektin yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri tərəfindən açılan atəş nəticəsində 35 yaşlı Əhvaz sakini, milliyyətcə ərəb olan Abbas Xosracı qətlə yetirilib.





Moderator.az xəbər verir ki, "Azad iran" telegram-kanalının yaydığı məlumata görə, məlumata görə, həmin şəxs dəmir qırıntıları və plastik tullantılar toplayırmış.
 
 
Onu müşayiət edənlərdən biri yaralanıb. Mərhumun həyat yoldaşı və iki qızı qalıb. 

İrandakı "Henqav" adlı kürd insan haqları təşkilatına məxsus "Hengaw" nəşrinin yaydığı məlumata görə isə Xosracı ilə birlikdə metal qırıntıları toplayan başqa bir kişi atışmada ağır yaralanıb. Nəşr yaralı kişinin şəxsiyyətini araşdırmaqda davam edir.
 
S.Laçın