Naxçıvan Muxtar Respublikası (MR) Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi direktoruna yeni müavin təyin edilib.


Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Naxçıvanın Baş naziri Cabbar Musayevin Sərəncamı ilə eks-deputat Cəbi Quliyev bu vəzifəyə gətirilib.






C.Quliyev bu təyinata qədər Suraxanı Gənclər Evinin direktoru vəzifəsində çalışıb.


Qeyd edək ki, 1990-cı il təvəllüdlü Cəbi Quliyev 2020-2024-cü illərdə Milli Məclisin Ordubad-Culfa seçki dairəsindən deputat olub.