“Atam Hacı Aqil Məlikovun səhhətində problem yaranıb. Həyatı təhlükəsi var. Ürək damarları tutulub. Biri 100 faiz tutulub, digəri isə 99 faiz. Üstəlik infarkt da keçirib. Bu gün analizlər və digər tibbi müayinələr olundu, çox güman ki, sabah açıq ürək əməliyyatı olunacaq. Əslində biz də o niyyətlə getmişdik ki, stent qoyulsun. Amma həkimlər dedi ki, stent mümkün deyil, şükür edin ki, hələ bu vəziyyətdə yaşayır. Ürək özü güclüdür, amma damarlar tutulub. Ürək partlaya da bilərdi”


Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, xanəndə Aqil Məlikovun oğlu, xanəndə Hüseyn Məlikov deyib.






O daha sonra əlavə edib:


“Neçə dəfədir gəzirdi, təngənəfəs olurdu. Belində problemi də var idi. Biz elə bilirdik ki, belidir ona əziyyət verən. Sonra gördük ki, təngənəfəs olandan sonra rəngi də dəyişir. Rəng dəyişməyi bizdə bir az şübhə yaratdı. Anju olundu, dedilər ki, açıq ürək əməliyyatı olunmalıdır. Hər ağızda bir dua var. Aqil müəllim onu sevənlərin duası və Allahın köməyi ilə inşallah ki, sağlamlığına qayıdar” deyə o bildirib.