Göygöldə yol qəzası baş verib, xəsarət alanlar var. 


Moderator.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.






Qəza zamanı 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun qızı 2004-cü il təvəllüdlü Xədicə Hüseynova xəsarət alıblar.


Yaralılar xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.