Azərbaycanın ən ali dövlət mükafatı olun “Heydər Əliyev” ordeni ilə indiyədək 28 nəfər təltif edilib. Orden 22 aprel 2005-ci ildə təsis olunub və dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərə təqdim edilir.


Moderatora.z "Unikal"a istinadla bu vaxtadək təltif olunan ictimai və siyasi xadimlərin siyahısını təqdim edir. 






İlham Əliyev -  Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti.  28 aprel 2005-ci ildə "Heydər Əliyev" ordeninin statusunun 2-ci maddəsinə əsasən İlham Əliyev "Heydər Əliyev" ordeni ilə təltif edilib.  


İhsan Doğramacı - Türkiyəli pediatr, Hacettepe Universitetinin qurucusu. 29 aprel 2005-ci ildə Türkiyə ilə Azərbaycan arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Jak Şirak - Fransa dövlət xadimi, Fransa Prezidenti (1995-2007). 29 yanvar 2007-ci ildə Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Mstislav Rostropoviç -  Rusiyalı violonçel ifaçısı, pianoçu, dirijor, SSRİ xalq artisti.  27 mart 2007-ci ildə   Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafında xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Viktor Yuşşenko - Ukrayna dövlət xadimi, Ukrayna Prezidenti (2005-2010). 21 may 2008-ci ildə  Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Tahir Salahov - Azərbaycanlı rəssam, SSRİ xalq rəssamı.  27 noyabr 2008-ci ildə  Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Sabah əl-Əhməd əl-Cabir əs-Sabah - Küveytli dövlət xadimi, Küveyt Dövlətinin Əmiri. 9 fevral 2009-cu ildə  Küveyt Dövləti ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Lex Kaçinski - Polşa dövlət xadimi, Polşa Prezidenti (2005-2010). 30 iyun 2009-cu ildə  Polşa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Valdis Zatlers - Latviya dövlət xadimi, Latviya Prezidenti (2007-2011). 10 avqust 2009-cu ildə   Latviya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Trayan Besesku - Rumıniya dövlət xadimi, Rumıniya Prezidenti (2004-2014). 18 aprel 2011 Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Georgi Pırvanov -  Bolqarıstan dövlət xadimi,  Bolqarıstan Prezidenti (2002-2012). 14 noyabr 2011-ci ildə Bolqarıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Emoməli Rəhmon - Tacikistan dövlət xadimi, Tacikistan Prezidenti.  11 iyul 2012-ci ildə Tacikistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Arif Məlikov - Azərbaycanlı pedaqoq, SSRİ xalq artisti. 13 sentyabr 2013-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Abdullah Gül - Türkiyə dövlət xadimi, Türkiyə Prezidenti(2007-2014). 11 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Viktor Yanukoviç - Ukrayna dövlət xadimi, Ukrayna Prezidenti. 17 noyabr 2013-cü ildə  Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Rəcəb Tayyib Ərdoğan - Türkiyə dövlət xadimi, Türkiyə Prezidenti. 2 sentyabr 2014-cü ildə  Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Mehriban Əliyeva - Azərbaycan ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti.  29 iyun 2015-ci ildə  Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Aleksandr Lukaşenko - Belarus dövlət xadimi, Belarus Prezidenti. 28 noyabr 2016-ci ildə Belarus ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Zeynəb Xanlarova - Azərbaycanlı müğənni, SSRİ xalq artisti. 26 dekabr 2016 -ci ildə  Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.  


Nursultan Nazarbayev - Qazaxıstan  dövlət xadimi, Qazaxıstan Prezidenti (1990-2019). 3 aprel 2017-ci ildə  Qazaxıstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Ömər Eldarov - Azərbaycanlı rəssam. 19 dekabr 2017-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Serco Mattarella - İtaliya dövlət xadimi, İtaliya Prezidenti. 18 iyul 2018-ci ildə  Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.


Allahşükür Paşazadə - Azərbaycan  din xadimi, Qafqaz müsəlmanları XII şeyxülislamı. 26 avqust 2019-cu ildə  Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması, milli həmrəyliyin və mənəvi-əxlaqi dəyərlərin bərqərar olması sahəsində xüsusi xidmətlərinə görə  "Heydər Əliyev" ordeni ilə təltif edilib.


Xoşbəxt Yusifzadə - Azərbaycanlı mühəndis-geoloq. 13 yanvar 2020-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.


Polad Bülbüloğlu - Azərbaycanlı müğənni, dövlət xadimi. 3 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Artur Rasi-zadə - Azərbaycan Respublikasının 6-cı Baş naziri. 20 fevral 2025-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib. 


Nəriman Həsənzadə -  Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi. 18 fevral 2026-ci ildə  Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib. 


Sadır Japarov - Qırğızıstan Prezidenti. 31 iyul 2026-ci ildə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.