Ağcabədidə kişi itkin düşüb.
 




Moderator.az Lent.az-a istinadən xəbər verir ki, Laçın rayonu, Yığın kənd sakini Əsədov Adil Əsəd oğlu iyulun 25-də itkin düşüb.
 
Faktla bağlı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus "Mercedes-Benz" markalı avtomobil iyulun 30-da Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində aşkar edilib.
 
Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.