Nizami Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr və mətbuat rəhbəri vəzifəsində çalışan Namidə İsayeva işindən ayrılıb.
Moderator.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Namidə İsayeva bildirib ki, dörd il ərzində çalışdığı bu vəzifə ona səhiyyə sahəsini daha yaxından tanımaq, vətəndaşlarla peşəkar işləmək, media ilə əlaqələrin qurulması və böhran vəziyyətlərinin idarə olunması sahəsində mühüm təcrübə qazandırıb.
"Gecə saat dörddə gələn zənglər, bazar günü yuxudan oyadan mesajlar, həftəsonu və ya məzuniyyət demədən edilən müraciətlər. Bütün hallarda hər kəsə çatmağa və mümkün qədər əlçatan mətbuat rəhbəri olmağa çalışdım. Ən əsası isə buradan çox gözəl xatirələrlə ayrılıram. Hər son yeni bir başlanğıcdır", - deyə o qeyd edib.